xoşbəxt doğulmaq

to be born under a lucky star / to be born with a caul (to be born lucky) родиться в рубашке / родиться в сорочке
xoş sözə görə (xoşa gəlmək üçün söylənən söz)
xoşbəxt etmək (bir kəsi sevindirmək)
OBASTAN VİKİ
Xoşbəxt
Xoşbəxtlik — həyatdan son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi.
Xoşbəxt (roman)
Xoşbəxt (ukr. «Щасливий») — Ukrayna yazıçısı Viktoriya Qranetskanın 2015-ci ildə Kiyevdə yayınlanmış, "Sözün Taclandırılması" Beynəlxalq ədəbi müsabiqəsinin özəl mükafatına layiq görülən romanı. Viktoriya Qranetskanın "Xoşbəxt" romanı yazarın 2015-ci ildə nəşr olunmuş, "Sözün taclandırılması" ədəbi müsabiqəsində mükafatlandırılmış üçüncü əsəridir. Müəllif yazır ki: "Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanlarının mövzusu gərgin, mürəkkəb və hər zamankindən daha aktualdır…" Bu, əsərin süjetinin prototipinə çevrilmiş vinnitsalı bir ailənin əsl həyat hekayəsidir: oğlan – bir sıra səbəbdən doğma yurdu Dağlıq Qarabağı tərk edib Vinnitsaya köçmək məcburiyyətində qalan azərbaycanlı – müsəlmandır. Qız isə sevgilisi naminə dinini dəyişən və islamı qəbul edən Vinnitsadan olan ukraynalı pravoslav qızdır. Onların yeni qurduqları ailələrində bir oğlan uşağı dünyaya gəlir. Onu ukrayncadan "Xoşbəxt" kimi tərcümə olunan "Səid" adlandırırlar. Lakin uşaq sağalmaz xəstəliklə doğulur. Bununla belə, roman xoşbəxt sonluqla nəticələnir – əsərin baş qəhrəmanlarının aralarındakı anlaşılmazlığına və ətrafdakıların dirənişinə baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Xoşbəxt Yusifzadə
Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Pirşağı, ZSFSR, SSRİ – 3 oktyabr 2023) — Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti. Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir. 1957-ci ildə ailə qurmuşdur. Üç övladı olub. Kiçik oğlu uşaq ikən 8 yaşında, böyük oğlu Bağı 54 yaşında dünyasını dəyişib. Qızı Eltac neft mühəndisidir və London şəhərində yaşayır. 2015-ci ildə anadan olmasının 85 illiyi münasibətilə Xoşbəxt Yusifzadənin həyatına və fəaliyyətinə həsr olunan 2 hissəli Fədakar bədii-səndəli filmi çəkilib. 14yanvar 2015 ci ildə Nizami kino mərkəzində filmin təqdimat mərasimi keçirilmiş, ölkə mətbuatı bu bhadisəni ətraflı işıqlandırmışdır.
Xoşbəxt ölüm (roman)
Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir. Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
Azərbaycanın Xoşbəxt Torpağı (1980)
Azərbaycanın xoşbəxt torpağı qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə yubiley şənliklərindən, zəhmətkeşlərin əziz bayrama töhfələrindən söhbət açılır, qardaş respublikaların, Moskva və Leninqrad şəhərlərinin nümayəndə heyətləri üzvləri öz ürək sözlərini söyləyirlər.
Mənim xoşbəxt ulduzlarım (film)
Mənim xoşbəxt ulduzlarım (ing. My Lucky Star, kantonca: Fuk sing go jiu) – 1985-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilən Honkonq filmidir. İki Honq Konq polisi brilliantları oğurlayan şəxsi tapmaq üçün Tokioya yollanırlar. Lakin həmin şəxs burada nindza klanının idarəsi altında keçmişdir. Polislərdən biri Riki Funq onu izləyən zaman klan tərəfindən oğurlanılır. "Əzələlər" ləqəbli polis isə klanın izini itirir. Bu səbəbdən bir müddət keçdikdən sonra "Əzələlər" ləqəbli polis keçmiş dostlarını köməyə çağırmağa məcbur olur. Həmin dostlar onunla birlikdə yetimxanada böyümüş və "Yetimxana bandası" adı altında dəstə yaratmışlar... Mənim xoşbəxt ulduzlarım — Internet Movie Database saytında.
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.
Azərbaycanın xoşbəxt torpağı (film, 1980)
Azərbaycanın xoşbəxt torpağı qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Film Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə yubiley şənliklərindən, zəhmətkeşlərin əziz bayrama töhfələrindən söhbət açılır, qardaş respublikaların, Moskva və Leninqrad şəhərlərinin nümayəndə heyətləri üzvləri öz ürək sözlərini söyləyirlər.
Mənim xoşbəxt ulduzlarım (film, 1985)
Mənim xoşbəxt ulduzlarım (ing. My Lucky Star, kantonca: Fuk sing go jiu) – 1985-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilən Honkonq filmidir. İki Honq Konq polisi brilliantları oğurlayan şəxsi tapmaq üçün Tokioya yollanırlar. Lakin həmin şəxs burada nindza klanının idarəsi altında keçmişdir. Polislərdən biri Riki Funq onu izləyən zaman klan tərəfindən oğurlanılır. "Əzələlər" ləqəbli polis isə klanın izini itirir. Bu səbəbdən bir müddət keçdikdən sonra "Əzələlər" ləqəbli polis keçmiş dostlarını köməyə çağırmağa məcbur olur. Həmin dostlar onunla birlikdə yetimxanada böyümüş və "Yetimxana bandası" adı altında dəstə yaratmışlar... Mənim xoşbəxt ulduzlarım — Internet Movie Database saytında.
Xoşbəxt ailə modeli (Hacı Şahin)
Xoşbəxt ailə modeli — Hacı Şahinin 3-cü və son kitabı. Kitabda Hacı Şahin son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorlar və onların çarələri barədə bəhs edir. Müəllif hesab edir ki, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Bunun üçün isə müasir dünyada ailə anlayışına yeni məzmun verilməlidir. Kitab 2022-ci ildə "Kitabdan ses" YouTube kanalı tərəfindən səsləndirilib. İnsanlararası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq. Bu kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir.
Mənim xoşbəxt ulduzlarım 2 (film,1985)
Mənim xoşbəxt ulduzlarım 2 (ing. My Lucky Stars 2:Twinkle Twinkle Lucky Stars) — 1985-ci ildə çəkilmiş döyüş filmi. "Mənim xoşbəxt ulduzlarım" filminin davamıdır. Honq Konq polis qrupu oğurlanmış brilyantlara görə Tokionu dolandırır. Yapon mafiyası, Yakuza, yollarına davam edir. Sonra köhnə yoldaşları köməyə gəlir. Samma Hunq — Fəstbak Jackie Chan — Maskalar Yuen Biao — Ricky Fung Rosamund Kwan — Chi Chi Wang Richard Ng — Sandy Sibelle Hu — Barbara Wu Eric Tsang — Mordaty Tong Stanley — Rawhide Richard Norton — Killer Avropa Michael Mu — Pagoda Andy Lau — Polis məmuru John Sham — Johnny Mişel Yeo — Cüdo müəllimi Charlie Chin — Ot Dik Wei — Honq Konqda narkotik satıcısıdır.
Mənim xoşbəxt ulduzlarım 2 (film, 1985)

Patron xoşbəxt sonluq istəyir (film, 2014)